Rusiyada yaşayış binasında partlayış olub, binanın bir hissəsi çöküb - VİDEO

01/08/2024 - 12:16

Rusiyanın Nijni Tagil şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib. APA-nın TASS-a istinadən xəbərinə görə, hadisəyə qaz balonunun partlaması səbəb olub. Nəticədə xəsarət alanların olduğu bildirilir. Əraziyə xilasedicilər və təcili yardım briqadaları cəlb edilib. Dağıntılar altında qalanların olduğu bildirilir. Onlar qışqıraraq kömək istəyirlər. Hazırda dağıntılar altında qalanların xilası üzrə işlər davam etdirilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10