Rusiyaya bu yolla getmiş azərbaycanlılara BÖYÜK TƏHLÜKƏ: Əmlakları əllərindən alınacaq
Dövlət Dumasının deputatları Rusiyada qanunsuz miqrasiyanın təşkili nəticəsində əldə edilmiş pul, əmlak və qiymətli əşyaların müsadirəsini nəzərdə tutan qanun qəbul ediblər. Publika.az xəbər verir ki, bu barədə ölkə parlamentin aşağı palatasının sədri Vyaçeslav Volodin məlumat verib. “Rusiya Federasiyası Cinayət Məcəlləsinin 104.1-ci maddəsinə əlavələr və 322.1-ci “Qeyri-qanuni miqrasiyanın təşkili” maddəsi ilə əlavələr edən qanun qəbul edilib”, – Volodin Teleqram kanalında yazıb. O, Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən qeyd edib ki, son bir ildə miqrasiya sahəsində cinayətlərin sayı 79,6 faiz, bu ilin yeddi ayında isə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə artıb. "Qəbul edilmiş qərarda qeyri-qanuni miqrasiyanın təşkili nəticəsində əldə edilmiş pulların, əmlakın və qiymətli əşyaların müsadirə edilməli olduğu müəyyən edilib", - Volodin bildirib. O əlavə edib ki, bu təşəbbüs ilin əvvəlindən Rusiyanın miqrasiya siyasətinin təkmilləşdirilməsinə yönəlmiş bütün qanun layihələrinin 12-cisidir.