Rusiyaya qarşı 10-cu sanksiyalar paketi... - BU, DAHA SARSIDICI OLACAQ...

18/01/2023 - 08:28

“Rusiyaya qarşı 10-cu sanksiyalar paketi tezliklə qəbul ediləcək”.

Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib.

“Onuncu raund əsasən bu boşluqların bağlanmasına, bu dolama yollara son qoyulmasına və Avropa İttifaqının sanksiyalarından yan keçənlər üçün geniş nəticələrə gətirib çıxarmağa yönələcək”, - deyə Ursula fon der Lyayen vurğulayıb.

Onun sözlərinə görə, Avropa dövlətləri ordularının istifadə edə biləcəyi bütün silahları Ukraynaya təhvil verməlidir:

“Qərb müttəfiqləri Ukraynaya hərbi yardımın səviyyəsini artırmalıdır. Bundan əlavə, Rusiyaya qarşı daha bir sanksiya paketini tətbiq etmək lazımdır”.