Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
25/08/2024 - 14:35
Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, avqustun 26-da Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da isti diskomfort hava şəraitində meteohəssas insanlar üçün müsbət amildir.