Şahzadə Harri atasının tacqoyma mərasimində iştirakı barədə: “Çox şey baş verə bilər”
Sasseks hersoqu Şahzadə Harri atası Kral III Çarlzın tacqoyma mərasiminə gedib-getməyəcəyi ilə bağlı dəqiq qərar verməyib.
O, bu barədə İTV-yə müsahibəsində bildirib.
Dəvət olunarsa, tacqoyma mərasimində iştirak edib-etməyəcəyinə dair suala cavabında Harri konkret fikir bildirməyib:
“Bu müddət ərzində çox şey baş verə bilər. Amma bilirsiniz, qapı həmişə açıqdır. Və top onların tərəfindədir”.
Hersoq həmçinin kral ailəsi ilə müzakirə edəcəyi çox şeyin olduğunu da vurğulayıb. Harri onların oturub bu barədə danışmağa hazır olduqlarına ümid etdiyini qeyd edib.
Şahzadə Harri əmin olduğunu bildirib ki, onun susması qohumlarla mövcud problemləri həll etməyəcək.
İTV şahzadə ilə müsahibəni tam şəkildə yanvarın 8-də, onun xatirə kitabından əvvəl dərc etmək niyyətindədir. Analitiklər bu kitabda Harrinin kral ailəsini və onların köməkçilərini kəskin tənqid edə biləcəyini ehtimal edirlər.
Xatırladaq ki, Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimi 2023-cü il mayın 6-na təyin edilib.
Şahzadə Harri daha əvvəl atası və qardaşı şahzadə Uilyamla münasibətlərdə ailəcanlığın çatışmadığını bildirmişdi. Harrinin sözlərinə görə, o, ailəsinin olmasını istəyir, Sasseks hersoqu həmçinin atasını və qardaşını “geri qaytarmaq” istədiyini də vurğulayıb.
Mənbə: “Reuters”