Sayt rəhbəri və oğlu həbs edildi - Şantaja görə

31/10/2024 - 11:44

Şirvanda “Dogruxeber.com” saytının baş redaktoru və redaktoru həbs olunublar. Modern.az xəbər verir ki, onların ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etmələri və dələduzluq əməlləri barədə daxil olan məlumatlar əsasında Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılıb.  Sayt rəhbəri İlham Həsənov və oğlu Renar Həsənov ayrı-ayrı şəxsləri həqiqəti əks etdirməyən, rüsvayedici məlumatlar yayacaqları ilə hədələməkdə, dələduzluq yolu ilə müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinirlər.Faktla bağlı cinayət işi başlanıb, onların barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq davam etdirilir.

     

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
    23/11/2024 - 15:56
    Onu da həbs gözləyir
    19/11/2024 - 23:52
    Azərbaycanlı alim vəfat edib
    19/11/2024 - 23:44
    Uşaqlarda inkişaf ləngiməsi
    19/11/2024 - 14:20