Serxio Ramos karyerasını Braziliyada davam etdirə bilər

11/09/2024 - 04:29

"Seviliya" komandasının müdafiəçisi Serxio Ramosun taleyinə aydınlıq gəlmək üzrədir. Apasport.az xəbər verir ki, o, karyerasını Braziliyada davam etdirə bilər. Futbolçunun xidmətləri "Vasko da Qama"ya təklif olunub. Tərəflər arasında danışıqlar davam edir. Mümkün transferin əsas problemi Ramosun müqavilənin şəxsi şərtləri ilə bağlı kifayət qədər yüksək tələbləri ola bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ