Şəkidə baş verən yol qəzasında beş nəfər xəsarət alıb
Şəkidə baş verən yol qəzasında üçü bir ailənin üzvü olmaqla beş nəfər xəsarət alıb. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saat 01 radələrində Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib. 1993-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Elvin Mikayıl oğlu Abdullayev idarə etdiyi minik avtomobili ilə Şəki şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı binaya çırpıb. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan sürücü E. Abdullayev, anası 1968-ci il təvəllüdlü Gülarə Öysət qızı Abdullayeva, həyat yoldaşı 2002-ci il təvəllüdlü Mətanət Hüseyn qızı Abdullayeva, daha iki nəfər yaxın qohumu 1961-ci il təvəllüdlü Raziyyat Məhəmməd qızı Abdullayeva və 1986-cı il təvəllüdlü Şəhanə Arzuman qızı Abdullayeva Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Əldə olunan məlumata görə, yaralılar Şəki RMX-da müayində olunduqdan sonra xəsarətləri yüngül olduğu üçün ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.