Şəkidə itkin düşən 18 yaşlı qız tapılıb

14/07/2024 - 16:40

Şəkidə itkin düşən 18 yaşlı qız tapılıb. Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib. Məlumata görə, 6 gündür itkin düşən Lamiyə Sadıqovanın axtarışları dayandırılıb. Qeyd edək ki, rayonun Oxud kənd sakini, 2006-cı il təvəllüdlü Sadıqova Lamiyə Arif qızı iyulun 8-də yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ