Əslən Azərbaycandan olan türkiyəli yazıçı vəfat edib

26/07/2024 - 15:57

Görkəmli türk tənqidçisi və tərcüməçi, yazıçı, şair Afşar Timuçin vəfat edib. APA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Afşar Timuçin poeziya və roman tənqidi ilə yanaşı, böyük tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. Müəllifi olduğu əsərlər isə türk ədəbiyyatı nümunələri sırasında özünəməxsusluğu ilə seçilib. Əslən Azərbaycandan olan Afşar Timuçin 1939-cu ildə Manisada anadan olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12
Türkiyədə ZƏLZƏLƏ
03/08/2024 - 17:09