“Soledar şəhəri nəzarətə götürülüb” - RUSİYA MÜDAFİƏ NAZİRLİYİNDƏN İDDİA 13/01/2023 - 14:53 Rusiya Silahlı Qüvvələri yanvarın 12-də axşam saatlarında Ukraynanın Soledar şəhərini nəzarətə götürüb.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, Soledara nəzarət Ukrayna qoşunlarının Baxmut şəhəri istiqamətində təchizatını kəsməyə imkan verir.