Şolts Almaniyanın bütün sərhədlərində nəzarətin tətbiqini dəstəkləyib

15/09/2024 - 07:25

Almaniya kansleri Olaf Şolts ölkənin bütün quru sərhədlərində nəzarətin tətbiq edilməsini dəstəkləyib. APA xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb. “Qeyri-qanuni miqrasiya bizim istədiyimiz bir şey deyil. Kimin ölkəyə daxil olmaq hüququ olduğuna daha diqqətli yanaşmaq lazımdır. Təəssüf ki, biz bütün qonşularımızın lazımi şəkildə hərəkət etməsinə tam etibar edə bilmərik”, - kanlser qeyd edib. Şolts bildirib ki, sərhəd nəzarəti Avropa qanunvericiliyinə uyğun həyata keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30