Şolts Almaniyanın bütün sərhədlərində nəzarətin tətbiqini dəstəkləyib
15/09/2024 - 07:25
Almaniya kansleri Olaf Şolts ölkənin bütün quru sərhədlərində nəzarətin tətbiq edilməsini dəstəkləyib. APA xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb. “Qeyri-qanuni miqrasiya bizim istədiyimiz bir şey deyil. Kimin ölkəyə daxil olmaq hüququ olduğuna daha diqqətli yanaşmaq lazımdır. Təəssüf ki, biz bütün qonşularımızın lazımi şəkildə hərəkət etməsinə tam etibar edə bilmərik”, - kanlser qeyd edib. Şolts bildirib ki, sərhəd nəzarəti Avropa qanunvericiliyinə uyğun həyata keçiriləcək.