SON SUTKADA RUSİYA ORDUSUNUN 760 HƏRBÇİSİ MƏHV EDİLDİ – Putinin işğalçı qüvvələrinin itkiləri haqda son açıqlama

01/01/2023 - 10:23

Ukrayna müdafiəçiləri müharibə başlayandan indiyədək Rusiya ordusunun 106 720 hərbçisini məhv edib.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiyanın digər döyüş itkiləri 3 031 tank, 6 084 zirehli maşın, 1 792 operativ-taktiki PUA, 2021 artilleriya sistemi, 423 reaktiv yaylım atəşi sistemi, 212 hava hücumundan müdafiə sistemi, 283 təyyarə, 16 gəmi, 269 helikopter, 723 qanadlı raket, 4 720 avtomobil və tanker, 181 xüsusi texnikadan ibarətdir.