Şuşaya istilik bu tarixdə veriləcək

28/10/2024 - 14:30

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində istilik sistemlərinin səmərəli işləməsi və şəhərin istiliklə təminatı məqsədilə müvafiq tədbirlər həyata keçirilməkdədir. Axar.az xəbər verir ki, bu barədə Azəristliktəchizat ASC-dən məlumat verilib. Bildirilib ki, qurumun balansında olan 8 110 kVt/saat gücündə 7 qazanxana 2024-2025-ci illər payız-qış mövsümünə dair görülən işlər çərçivəsində tam hazır vəziyyətə gətirilib. Şuşa dağ rayonları siyahısına daxil olduğu üçün şəhərdə istilik təchizatına noyabrın 1-dən etibarən başlaması planlaşdırılır. Dağlıq ərazidə yerləşən Şuşada qış aylarında yüksək keyfiyyətli xidmətin göstərilməsi üçün işçilərin peşəkarlıq səviyyələrinin artılmasına xüsusi önəm verilir. Bu mövsüm ərzində 20-yə yaxın inzibati habelə, sosial təyinatlı binalar istilik və isti su xidmət ilə təmin ediləcək. Qazanxanalarda istilik şəbəkəsi avadanlıqları, istilik xətləri, nəzarət ölçü cihazları və avtomatika sistemləri, elektrik avadanlıqları və istilik mübadilə aparatları kompleks şəkildə yoxlanılmış, zəruri təmir-bərpa işləri aparılmışdır. Son sınaq sazlama işləri də uğurla həyata keçirilmişdir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21
Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37