Tbilisidə müxalifət AYAĞA QALXDI - Ölkə prezidenti də...
Oktyabrın 20-də axşam saatlarından Tbilisidə müxalifət qüvvələrin nümayişi başlayıb. Publika.az xəbər verir ki, bu barədə "İnterfaks"məlumat yayıb. Aksiyanın təşkilatçıları görüş yeri kimi iştirakçıların bir neçə istiqamətdən hərəkət etdiyi Azadlıq meydanını seçiblər. “Biz bütün Avropaya göstərmək istəyirik ki, gürcü xalqı Avropaya inteqrasiyanı seçir”, - aksiyanın təşkilatçılarından biri Nino Lomjaria bildirib . Gürcüstan Prezidenti Salome Zurabişvili də aksiyaya qoşulmaq niyyətində olduğunu bir gün əvvəl elan edib. Oktyabrın 20-də, ölkədə seçkilərə bir həftə qalmış o, Gürcüstan vətəndaşlarının qarşıdan gələn parlament seçkilərində dörd avropayönlü müxalifət koalisiyasından birinə səs verməli olduğunu deyib. Onun sözlərinə görə, söhbət “Lelo – Güclü Gürcüstan”, “Birlik – Milli Hərəkat”, “Dəyişiklik üçün Koalisiya” və “Qaxariya – Gürcüstan Naminə” birliklərindən gedir. Xatırladaq ki, Gürcüstanda seçkilər oktyabrın 26-na təyin edilib. Hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyası səsverməni ölkə üçün son dərəcə vacib adlandırıb.