TFF Merih Demirala 2 oyunluq cəza verilməsinə dair məlumatı təkzib edib - YENİLƏNİB

05/07/2024 - 02:27

Merih Demiral UEFA tərəfindən 2 oyunluq cəza verilməsinə dair yayılan xəbərlər həqiqəti əks etdirmir.APA “NTV Spor”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Bildirilib ki, UEFA-nın Merih Dəmiralla bağlı araşdırması davam edir. Avropa çempionatında Avstriya ilə matçda qol vurduqdan sonra qələbəsini "Bozqurd" işarəsi ilə qeyd edən Türkiyə millisinin üzvü Merih Demirala 2 oyunluq cəza verilib. APA xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. Qeyd edək ki, Türkiyə millisinin üzvünün "Bozqurd" işarəsi UEFA tərəfindən "siyasi" olaraq qəbul edilmişdi və Merih Demirala qarşı araşdırma başlamışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12
Türkiyədə ZƏLZƏLƏ
03/08/2024 - 17:09