Tiflisdə “Azərbaycan və Ermənistan cəmiyyətləri arasında hərtərəfli dialoqu genişləndirmək” layihəsi ilə bağlı görüş keçirilib
02/12/2024 - 04:14
Tiflisdə “Azərbaycan və Ermənistan cəmiyyətləri arasında hərtərəfli dialoqu genişləndirmək” layihəsi ilə bağlı görüş keçirilib. Layihə çərçivəsində politoloqların və jurnalistlərin burada keçirilən görüşündə Gürcüstan nümayəndələri də iştirak edib. Əvvəllər də belə görüşlər olub, amma bu görüş iki cəhəti ilə xüsusi fərqlənir:
44 günlük Qarabağ müharibəsi Ermənistan cəmiyyətində reallıq hisslərini bir qədər gücləndirib; 2-cisi isə belə görüşlərdə Azərbaycanı yüksək səviyyədə təmsil edən ağılı (politoloq və jurnalist) gənclər yetişib. Hər iki məqam məmnunluq yaradır...
Fuad BİLƏSUVARLI
Qafqaz.Media