TikTok 2023-cü ildə Azərbaycanda iki milyondan çox videonu silib

01/04/2024 - 13:28

Aparıcı qısa video platforması TikTok platforma ictimaiyyətinin təhlükəsizliyini mütləq prioritet hesab edie və insanların yaradcılıqlarını göstərə, bir ara gələ və yeni biliklər qazana biləcəyi xoş mühit yaradır.

"APA-Economics"in xəbərinə görə, platformada təhlükəsizliyi qorumaq üçün TikTok platformanın İcma Qaydalarını pozan məzmunu müəyyən etmək və ona qarşı tədbir görmək üçün innovativ texnologiyadan və peşəkarlardan ibarət komandalardan istifadə edir. Hazırda dünyada müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində danışan 40 000-dən çox insan TikTok-da istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün çalışır.

TikTok təhlükəsizlik təcrübələri ilə bağlı şəffafdır və mütəmadi olaraq aktiv şəkildə silinən videolar və hesablar haqqında məlumat yerləşdirir. Bu məlumat platformadan çıxarılan məzmunun həcmi və xarakteri haqqında məlumat verən İcma Təlimatlarının İcra Hesabatları vasitəsilə rüblük olaraq açıqlanır. Ən son İcma Təlimatlarının İcra Hesabatlarına əsasən, 2023-cü ilin dördüncü rübündə dünya üzrə:

     

    • 176 461 963 video İcma Qaydalarının pozulması səbəbindən silinib. Bu, rübdə TikTok tərəfindən silinən ən yüksək video sayıdır.
    • Silinmiş videoların 96,7%-i proaktiv şəkildə silinib. Proaktiv silinmə videonun xəbər verilməzdən əvvəl müəyyən edilməsi və silinməsi deməkdir.
    • Videoların 89,9%-i yayımlandıqdan sonra 24 saat ərzində silinib.
    • 8 012 732 canlı yayım qanun pozuntularına görə dayandırılıb.

    Eyni müddət ərzində Azərbaycanda:

    • 903 041 video İcma Qaydalarının pozulması səbəbindən silinib. Bu, 2023-cü ilin istənilən rübündə silinmiş videoların ən yüksək sayıdır.
    • Silinmiş videoların ümumi sayının 98%-i platforma tərəfindən proaktiv şəkildə silinib.
    • Videoların 95,8%-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.

    Ümumilikdə, 2023-cü il ərzində Azərbaycanda İcma Qaydalarını pozan 2 071 243 video silinib.

    TikTok azyaşlı istifadəçilər kimi həssas qrupa xüsusi diqqət yetirir. TikTok 13 və daha yuxarı yaşlı istifadəçilər üçün platformadır və hər bir yeni istifadəçiyə tam doğum tarixi tələb olunan qeydiyyat forması təqdim olunur. Platformanın moderator komandası hesabın 13 yaşından kiçik istifadəçiyə aid ola biləcəyini göstərən əlamətləri aşkar etmək üçün təlim keçib. Təhlükəsizlik qrupu hesabın uşağa aid olduğuna inanarsa, o, bloklanacaq. TikTok, sahiblərinin 13 yaşdan kiçik ola biləcəyi üçün silinən hesabların sayını açıqlayan ilk böyük platforma oldu. Belə ki, 2023-cü ildə dünya üzrə 13 yaşdan kiçik 76 484 236 istifadəçi hesabı silinib.

    TikTok həmçinin hər altı ayda bir dünyanın müxtəlif ölkələrinin hökumətlərindən gələn sorğular haqqında məlumatları ehtiva edən hesabatlar hesabatlar dərc edir, burada belə sorğuların sayını, görülən tədbirlər və silinən məzmunun miqdarını açıqlayır.

    TikTok haqqında

    TikTok - qısa videoların hazırlanması üçün aparıcı tətbiqdir. Missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

     

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Metroda təşviş yaşandı
    27/11/2024 - 18:53
    Cəlilabadda zəlzələ oldu
    27/11/2024 - 17:55