Tramp Harrisi onun siyasi ideyalarını oğurlamaqda ittiham edib
Respublikaçıların prezidentliyə namizədi Donald Trump, Demokrat vitse-prezident rəqibi Kamala Harrisin platforma təşəbbüslərini, xüsusən də xidmət sahəsində çalışan işçilər üçün bəxşiş vergisini ləğv etmək ideyasını oğurlamaqda günahlandırıb. APA xəbər verir ki, bununla bağlı Tramp öz “Truth” sosial şəbəkəsindəki hesabında yazıb. “Bal ayı dövrünün sonuna yaxınlaşan və anketlərdə ciddi şəkildə mənə uduzmağa başlayan Kamala Harris mənim bəxşiş vergisinin ləğvi siyasətimi indicə kopyaladı. Siyasi məqsədi Trampın ideyası idi. Onun öz ideyaları yoxdur. O, onları yalnız məndən oğurlaya bilər”, - deyə o bildirib. Şənbə günü Harris Nevada ştatının Las-Veqas şəhərində keçirilən mitinqdə bəxşiş vergisini ləğv edəcəyinə, ABŞ-da qiymətlərin aşağı salınması üçün tədbirlər görəcəyinə söz verib.