Türkiyə qırıcıları havaya qalxdı: hədəflər bir-bir məhv edilir - YENİ GÖRÜNTÜLƏR

21/11/2022 - 17:34

Suriyanın Ayn Əl Ərəb bölgəsindəki PKK/YPG terrorçuları Türkiyənin Qaziantep əyalətinin Karkamış mahalına raket hücumu təşkil edib. Hadisə nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Qafqaz.media musavat.com-a istinadən xəbər verir ki, raket hücumundan sonra Karkamışla üzbəüz Zor Maqar bölgəsi döyüş təyyarələri ilə vurulmağa başlayıb.

Belə ki, Türkiyənin sursatla dolu qırıcıları Diyarbəkir 8-ci Əsas Reaktiv Baza Komandanlığından havaya qalxıb. Bundan başqa, yük təyyarələrinin enməsi və qalxması müşahidə edilib.

WhatsApp Image 2022-11-21 at 17.28.09.jpeg (44 KB)

Digər tərəfdən terror təşkilatı tərəfindən atılan raketlərin yerləşdiyi ünvanlarda araşdırma və zərərin qiymətləndirilməsi işlərinə başlanıb.

Raket hücumundan sonra Qaziantep valisi Davud Gül, Böyükşəhər Bələdiyyə Başçısı Fatma Şahin, polis rəisi Mustafa Emre Başbuğ partlayışın baş verdiyi ərazilərdə araşdırmalar aparıblar.

WhatsApp Image 2022-11-21 at 17.28.29.jpeg (37 KB)

Vali Gül ümumilikdə 10 nəfərin yaralandığını, onlardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib. O qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri artıqlaması ilə cavab verməyə davam edir:

“Şəhidlərimiz, yaralılarımız var. Xəsarət alanlara baş çəkir, tədbirlər görürük. Nazirimiz prosesi əvvəldən axıra qədər izləyir. O, hadisə yerinə gələcək. Türkiyə Silahlı Qüvvələri böyük qüvvə ilə cavab verir, atışma davam edir. Prosesi bir qədər səbirlə izləməliyik. Yaralılardan ikisinin vəziyyəti ağırdır".

WhatsApp Image 2022-11-21 at 17.28.17.jpeg (21 KB)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02