Türkiyədə təyyarə qəzası

15/06/2024 - 07:27

Türkiyənin cənub-qərbindəki Aydın vilayətinin Didim bölgəsində meşə yanğınları ilə mübarizə aparmaq üçün istifadə edilən C-215 amfibiya təyyarəsi Bafa gölü ərazisində qəzaya uğrayıb.Modern.az xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı sosial şəbəkə hesabında yazıb. Nazir qeyd edib ki, qəza anında təyyarədə olan hər üç mütəxəssis xilas olunub. Qəzanın səbəbləri araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12
Türkiyədə ZƏLZƏLƏ
03/08/2024 - 17:09