Ukrayna kəşfiyyatı Putinin gözlənilməz ölümünü proqnozlaşdırır - "O, çox yaxında öləcək..."
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya prezidenti Vladimir Putinin gözlənilməz ölümünə və bununla müharibənin bitəcəyinə ümid edir.
Qafqaz.media xəbər verir ki, Budanov bu barədə “ABC News”-a müsahibəsində bildirib.
"Əlbəttə, o, çox uzun müddətdir ki, xəstədir”, - Budanov jurnalistin Putinin xəstə olub-olmaması ilə bağlı sualına cavab verib.
Onun sözlərinə görə, Putin xərçəng xəstəsidir. "Biz bunu dəqiq mənbələrdən bilirik", - Budanov vurğulayıb.
Putinin nə vaxt öləcəyi ilə bağlı jurnalistin sualına Budanov belə cavab verib: “Mən düşünürəm və ümid edirəm ki, çox yaxında".
O, həmçinin əmin olduğunu bildirib ki, “Putin öldükdə müharibə bitəcək”.
Qafqaz.media