“Ukrayna liderləri Ağ Evi və Pentaqonu inandıra bilməyib” - “The Washington Post”

24/09/2024 - 16:40

Ağ Ev və Pentaqon rəsmiləri bildiriblər ki, Ukrayna liderləri Rusiya hədəflərinin uzaqmənzilli raketlərlə vurulmasının müharibənin gedişatına əhəmiyyətli təsir göstərəcəyinə dair kifayət qədər inandırıcı iddia irəli sürməyiblər. “AzPolitika” xəbər verir ki, bu barədə “The Washington Post” qəzetində dərc olunan məqalədə bildirilir. “ABŞ rəsmiləri deyirlər ki, Ukraynanın Krımdakı hədəflərə əvvəlki hücumları rus qoşunlarını yarımadadan geri çəkilməyə məcbur etməkdə effektiv olub. Amerikalı nümayəndələrdən biri qeyd edib ki, Ukraynanın hazırkı tələbi Rusiyadan eskalasiya riskini əsaslandırmır”, - qəzet yazır.  Ekspert vurğulayıb ki, raket tədarükü məhduddur və Rusiya artıq sürüşmə bombaları buraxan təyyarələrin 90%-ni ATACMS raketlərinin əhatə dairəsindən kənara çıxarıb. “Beləliklə, ABŞ-nin uzaqmənzilli silah siyasətində dəyişiklik döyüş əməliyyatlarına ciddi təsir etməyəcək”, - “The Washington Post” yazır. Məqalədə vurğulanlr ki, avropalı hərbi rəsmilər və diplomatlar bu yanaşmaya etiraz edərək, Rusiyaya qarşı daha uzaq məsafədən zərbələrin münaqişəyə daha çox təsir edə biləcəyini iddia edir və ABŞ-nin Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaqdan imtina etməsini tənqid edirlər.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30