Ukrayna səmasında son sutkada 5 ədəd İran PUA-sı vurulub

10/02/2023 - 11:15

Son sutkada Ukrayna səmasında İran istehsallı 5 “Şahed” PUA-sı vurulub.

UNIAN xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuqi İqnat deyib.

O bildirib ki, ruslar sutka ərzində 7 “Şahed”lə hücuma keçiblər.

İqnatın sözlərinə görə, PUA-lar xüsusilə Azov dənizinin şərq sahillərindən buraxılıb.