“Ümid edirəm ki, gələn dəfə bunu edə biləcəyəm” - Papa çıxışını başa vura bilmədi

12/02/2025 - 17:09

Katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı Papa Fransisk çərşənbə günü keçirdiyi ümumi auditoriya iclasındakı çıxışını tamamlaya bilməyib.

Qafqaz.media “AzPolitika”-ya xəbər verir ki, səhhətində yaranmış problem səbəbindən danışmaqda çətinlik çəkən Papa növbəti iclasda danışa biləcəyinə ümid etdiyini deyib.

“Ümid edirəm ki, gələn dəfə bunu edə biləcəyəm”, - o, çıxışını yekunlaşdırıb.

Qeyd edək ki, 88 yaşlı Papa Fransisk bronxit səbəbiylə keçən həftədən bəzi səfərlərini ya təxirə salıb, ya da məhdudlaşdırıb. Fevralın 9-u bazar günü keçirilən ayin zamanı Papanın yorğun olduğu və çətinlik çəkdiyi müşahidə edilib.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha üç girov azad edildi
15/02/2025 - 17:42