"Veteran pulu" 20-30 manat artırılsın! - Parlamentdə TƏKLİF

19/11/2024 - 15:19

"Veteran pulu" heç olmasa 20-30 manat qaldırılsın. Qafqaz.Media xəbər verir ki, bunu  Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib. “Biz 80 manatı o zaman onların kommunal xidmətlərinə uyğun olaraq vermişdik. Axı indi su, qaz, işıq pulları qalxıb. Metro və avtobus qiymətləri də qalxıb”, - o deyib. Ombudsman Səbinə Əliyeva da "Veteran pulu"nun artırılması təklifi ilə çıxış edib. “Müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləği artırılmalıdır.  Eyni zamanda, hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) tutduqları vəzifəyə, habelə hərbi rütbələrə görə ödənilən pul təminatının, eyni zamanda müvəqqəti mənzil kirayəsi üçün pul məbləğinin artırılması zəruridir”, - deyə Səbinə Əliyeva qeyd edib. 

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Onu da həbs gözləyir
19/11/2024 - 23:52
Azərbaycanlı alim vəfat edib
19/11/2024 - 23:44
Uşaqlarda inkişaf ləngiməsi
19/11/2024 - 14:20
Pinqvin ilk dəfə Avstraliyada
19/11/2024 - 09:16
Sabah qar yağacaq
18/11/2024 - 14:05
Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03