Voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birincilik keçiriləcək
Azərbaycan və Türkiyə komandalarının iştirakı ilə Naxçıvanda yeniyetmə qızlar arasında voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birincilik keçiriləcək. "Report"un yerli bürosu xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə keçiriləcək yarışda U-16 Azərbaycan millisi, Gəncə, Sumqayıt, Tovuz, Şərqi Zəngəzur Regional voleybol klublarının, Türkiyənin Əskişəhər və İğdır şəhərlərinin komandaları və Naxçıvan yığması iştirak edəcək. Yarış Naxçıvanda muxtariyyətin əldə edilməsinin 100 illik yubileyinə həsr olunub. 4-7 sentyabr 2024-cü il tarixlərində təşkil olunacaq birinciliyə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksi ev sahibliyi edəcək.