Şad xəbər: Evlərə istiliyin verilməsi tarixi qabağa çəkildi

10/11/2024 - 16:19

Payız-qış mövsümi ilə bağlı evlərə veriləcək istiliyin tarixinin qabağa çəkildiyi haqda iddia yayılıb. Bu barədə Axar.az-a şəhərin bir neçə binasının sakinləri məlumat verib. Bina sakinləri istiliyin 11 noyabrdan başlayaraq mənzillərə veriləcəyi haqda bildiriş aldıqlarını vurğulayıblar. “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı isə onda belə bir məlumatın olmadığını deyib və qeyd edib ki, bu, yalnız istilik xətlərinin yoxlanılması ilə bağlı xəbərdarlıq ola bilər. Xatırladaq ki, Bakıda binalara istilik 15 noyabrdan 15 aprelə qədər verilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37
Qəbələdə yol qəzası olub
11/11/2024 - 11:21
Qəbələdə yol qəzası olub
11/11/2024 - 11:21