VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI GENERAL-LEYTENANT OLDU
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Müdafiə Nazirliyinin üç hərbi qulluqçusuna ali hərbi rütbələr verilib.
"AzPolitika" xatırladır ki, sərəncamla general-mayor Namiq Sərəfruz oğlu İslamzadə “general-leytenant” hərbi rütbəsi ilə təltif olunub.
Qeyd edək ki, Namiq İslamzadə bu il may ayında Hərbi Hava Qüvvələrinə komandan təyin edilib. Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb.
9 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Namiq İslamzadəyə Vətən Müharibəsi Qəhrəmanı adı verilib