XAMENEİ PAŞİNYANDAN NƏ TƏLƏB EDİB? – “Ermənistan müttəfiqlərin məngənəsinə düşüb”

31/07/2024 - 11:37

 

"İranın Ali Rəhbəri Xamneinin Ermənistanın Baş naziri ilə görüşü Paşinyanı yöndəmsiz vəziyyətə salan bir neçə bəyanatı ilə yadda qalıb".

"AzPolitika" xəbər verir ki, bu barədə politoloq Fərhad Məmmədov bildirib.

“İran İslam Respublikası hesab edir ki, Zəngəzur dəhlizi Ermənistanın maraqlarına cavab vermir”, - ekspert Xamneinin dediklərindən sitat gətirir. "Yəni İranın dini lideri nəyin Ermənistanın maraqlarına uyğun olduğunu, nəyin uyğun olmadığını müəyyən edir... Və yaxud Xamneinin bu bəyanatı ilə Rusiyadan Zaxarova və digər rəsmi nümayəndələr səviyyəsində Qərb yolunun erməni xalqının mənafeyinə uyğun olmadığı barədə bəyanatları arasında nə fərq var? Belə başa düşürük ki, Ermənistanın müttəfiqləri onun hansı maraqlarının olduğuna da qərar verirlər", - ekspert əlavə edib.

 

 

Politoloq vurğulayır ki, Baş nazir cavabında “Ermənistan öz ölkəsi daxilində heç bir transregional yolu qəbul etmədiyini dəfələrlə bəyan edib” deyə qeyd edib: "Bunu necə başa düşmək olar? Transregional, yoxsa ekstraterritorial?! Çünki transregional yollar Paşinyanın səbəbli və ya səbəbsiz bütün platformalarda təbliğ etdiyi “Dünyanın kəsişməsi”nin əsasını təşkil edir. Belə çıxır ki, İran Zəngəzur yolunun əleyhinədir, demək ki, heç bir vaxy blokun açılmasını istəmir.

İndi başa düşürəm ki, son vaxtlar Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryanın rəhbərlik etdiyi erməni ekspertlər niyə blokun açılması prosesində şimal Qazax-İcevan marşrutunu qeyd edirlər".

F.Məmmədovun sözlərinə görə, Ermənistanın nəqliyyat strategiyasının hazırlanmasına pul ayıracağını deyən USAİD-in rəhbəri Samanta Pauer tələsməyə də bilər. "Çünki Xamnei artıq hər şeyi açıqlayıb", - o əlavə edib.

Politoloq növbəti məqam kimi Dini rəhbərin “Əcnəbilərin başqa ölkələrin qonşuları ilə münasibətlərində məhdudiyyətlər yaratmasına icazə verilməməlidir. Ölkələr təhlükəsizliyini və rifahını özlərinə və yaxın qonşularına güvənməklə təmin etməlidirlər" açıqlamasına diqqət çəkib: "Yəni Qərb İranla münasibətlərdə Paşinyana məhdudiyyətlər qoyur və bu məhdudiyyət təhlükəsizlik mövzusuna aiddir. İran Ermənistanla hərbi ittifaq bağlamağa və öz silahlı qüvvələrini Ermənistanda yerləşdirməyə və ya Ermənistana öz qoşunlarını yerləşdirməyə çalışır. Ermənistan hakimiyyəti bununla razılaşmır, çünki bunu Ermənistana qonşularına zah etməsi mümkün olmayacaq.

Nəticə olaraq qeyd edək ki, Paşinyan Ermənistanın təhlükəsizliyinin təminatçısı olan dövlətlər arasında ziddiyyətlərin məngənəsindədir və bu prosesi idarə etmək getdikcə çətinləşir. 90-cı illərin əvvəllərində Ermənistan könüllü olaraq Rusiyanın xeyrinə öz suverenliyini itirmişdi. Azərbaycana qarşı təcavüz, sonra 44 günlük müharibə zamanı Ermənistan Qarabağda erməni separatizmini bir-birinə qarşı duran bir neçə müttəfiq arasında dəstəkləmək müqabilində öz suverenliyinin satışını diversifikasiya etdi. Nəticədə, Qarabağda erməni qalmadı, onlar könüllü, sağ-salamat və "qürurla" Qarabağı tərk etdilər, lakin Paşinyan bu dəstəyin bədəlini indi ödəyir".

Rasim Əliyev

"AzPolitika.info"

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ