Xərçəngə qalib gəldiyini açıqladı

03/08/2024 - 08:10

Niderlandlı futbolçu Yan-Pol Boytyus xərçəng xəstəliyinə qalib gəlib.

Publika.az xəbər verir ki, bu barədə 30 yaşlı futbolçunun özü açıqlama verib.

“Nəhayət deyə bilərəm ki, yaxşıyam. 15 gün əvvəl xəstəxanadan şad xəbər aldım. Mən hazıram! Yaxşı formadayam və yenidən oynamaq istəyirəm”, – deyə Yan-Pol bildirib.

Qeyd edək ki, ilk dəfə 2022-ci ilin avqustunda futbolçunun cinsi orqanına şiş diaqnozu qoyulub. Boytyus tezliklə karyerasını bərpa edib. Lakin 2022/23 mövsümünün sonunda futbola yenidən ara verməli olub.

O, “Herta”, “Maynts”, “Feyenoord”, “Genk” və “Bazel” kimi klublarda çıxışları ilə tanınır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ