Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxunub - YENİLƏNİB-1

01/07/2024 - 15:04

Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.Hökmə əsasən, Xəzər Rüstəmov, Rüfət Əsədov və Ruslan Əfəndiyev, Vüqar Kərəmovun hər biri 6 ay müddətinə azadlıqdan məhrum edilib.Tofiq Musayev isə 1500 manat miqdarında cərimə edilib.Qeyd edək ki, prokuror idmançıların hər birinin 1 il müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs qətimkan tədbiri olmayan Tofiq Musayevin həbs olunmasını istəmişdi.Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. APA xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə vəkillər çıxış edərək müdafiə etdikləri şəxslər barəsində barəət hökmünün çıxarılmasını istəyiblər.Daha sonra məhkəmədə təqsirləndirilən şəxslər son söz deyiblər.İdmançılar son sözlə çıxış edərək məhkəmədən barələrində bərəat hökmünün çıxarılmasının istəyiblər. Məhkəmə hökmü elan etmək üçün müşavirəyə yollanıb.Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA xəbər verir ki, bu gün Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə prokuror çıxış edərək idmaçıların hər birinin 1 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Prokuror barəsində həbs qətimkan tədbiri seçilməyən Tofiq Musayevin barəsində həbs qətimkan tədbirinin seçilməsinin istəyib.Proses davam edir.Qeyd edək ki, hadisə Səbail rayonu ərazisində baş verib. İttihama görə, təqsirləndirilən idmançılar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Mübahisə zamanı idmançı Həsən Əzizov döyülüb.Cinayət işinin istintaqı Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən aparılıb.Ruslan Əfəndiyev və onun tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində həbsdədir. T.Musayev və Mehman Məmmədov istintaq dövrü müddəti üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Daha sonra təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə yekun ittiham irəli sürülüb.İstintaqın sonunda iş üzrə təqsirləndirilən Mehman Məmmədovun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55