Ya sus, ya da get - Ukraynada polyaklardan niyə incikdirlər?

28/10/2024 - 12:22

Ukraynalı jurnalist Alyona Babakova “New Voice” portalına müsahibəsində bildirib ki, Polşa sakinləri ukraynalı qaçqınların cəmiyyətə inteqrasiyasına demək olar ki, imkan vermir və onlara çox vaxt şübhə ilə yanaşırlar. Publika.az xəbər verir ki, onun fikrincə, polyaklar hələ də miqrant işçi və qaçqınların müvəqqəti qonaq olduqlarına inanırlar. “Buna görə də onlar çox vaxt qalmaq, inteqrasiya etmək və öz düşüncələrinə sahib olmaq istəyindən şübhələnirlər. Son 2,5 il ərzində öz icmalarının tamhüquqlu üzvü olmuş uşaqlı ukraynalı qadınlar da oxşar münasibətlə üzləşirlər. Polyaklar hələ də onları ya getməli, ya da susmalı olan qonaq kimi qəbul edirlər”, - Babakova qeyd edib. Onun sözlərinə görə, əgər ukraynalılar Polşada olarkən nəsə tələb etməyə başlayırlarsa, bu cür davranış "Polşa nümayəndələrinin onlar üçün etdikləri" hər şeyə görə nankorluq sayılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ