YAŞLI DEPUTATLARI ƏVƏZ EDƏN HƏMYAŞIDLARI... - “70-i ötmüşlər” siyahısında nə dəyişdi?

04/09/2024 - 07:43

Ötən gün keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri məlum olub. Mərkəzi Seçki Komissiyası tərəfindən yayımlanan siyahı aşağı-yuxarı əvvəlcədən proqnozlaşdırıldığı kimi olub. Parlamentin daha gənc şəxslərdən formalaşacağı, hakim partiyanın deputat korpusunun “gəncləşəcəyi” kimi gözləntilər isə özünü doğrultmayıb. Hələ seçki təqvimi açıqlanmamışdan əvvəl “AzPolitika”-nın mötəbər mənbələrə istinadla yayımladığı məqalədə deyilirdi ki, “bu dəfə yaşı 70-i ötmüş keçmiş deputatların hamısının olmasa da, bir çoxunun deputat mandatı ilə vidalaşacağı gözlənilir”. Belə də oldu və VI çağırış Milli Məclisin yaşı 70-i haqlamış deputatları - Fəzail Ağamalı (77 yaş), Sabir Rüstəmxanlı (77 yaş), Vahid Əhmədov (77 yaş), İsa Həbibbəyli (75 yaş), Aqiyə Naxçıvanlı (74 yaş), Elman Məmmədov (73 yaş), Bəxtiyar Sadıqov (73 yaş) və Sabir Hacıyev (70 yaş) öz istəkləri ilə və ya başqa səbəbdən bu dəfə namizəd olmadılar. Ancaq gözlənilənlərin əksinə, bu yaşlı deputatları gənc kadrlar yox, elə məhz öz həmyaşıdları əvəz etdi. Qeyd edək ki, hazırda parlamentin ən yaşlı deputatı ötən seçkidə olduğu kimi, bu dəfə də Ziyad Səmədzadədir - 84 yaşı var. Onu Eldar İbrahimov (79 yaş) və Şuşadan ilk dəfə deputat seçilən Polad Bülbüloğlu (79) izləyir.

Ümumiyyətlə, siyahıda yaşı 70-i ötmüş 17 qalib namizəd var. Onların adlarını təqdim edirik:

- 23 saylı Nəsimi-Səbail seçki dairəsi - Ziyad Səmədzadə (84 yaş);

- 2 saylı Şərur-Kəngərli seçki dairəsi - Eldar İbrahimov (79 yaş);

- 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi - Polad Bülbüloğlu (79 yaş);

- 34 saylı Xətai ikinci seçki dairəsi - Mixail Zabelin (78 yaş);

- 67 saylı Sabirabad seçki dairəsi - Əhliman Əmiraslanov (76 yaş);

- 86 saylı Ağcabədi seçki dairəsi - Tahir Rzayev (74 yaş);

- 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsi - Rasim Musabəyov (73 yaş);

- 28 saylı Sabunçu üçüncü seçki dairəsi - Eldar Quliyev (73 yaş);

- 73 saylı Masallı-Cəlilabad seçki dairəsi - Fəzail İbrahimli (73 yaş);

- 82 saylı İmişli-Saatlı seçki dairəsi - Səyyad Salahlı (72 yaş);

- 76 saylı Lənkəran-Masallı seçki dairəsi - Cavanşir Paşazadə (71 yaş);

- 113 saylı Qax-Şəki seçki dairəsi - Əli Məsimli (71 yaş);

- 22 saylı Nəsimi-Yasamal seçki dairəsi - Asim Mollazadə (71 yaş);

- 25 saylı Nizami ikinci seçki dairəsi - Əli Əhmədov (71 yaş);

- 60 saylı Quba-Qusar seçki dairəsi - Anatoliy Rafailov (71 yaş);

- 85 saylı Füzuli-Ağcabədi seçki dairəsi - Aqil Abbasov 1953-cü (71 yaş);

- 101 saylı Samux-Şəmkir seçki dairəsi - Mübariz Qurbanlı (70 yaş).

Xatırladaq ki, VI çağırış Milli Məclisində yaşı 70-i ötmüş deputatların sayı 21 nəfər idi.

 

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33