Yevlaxda avtomobillə qəsdən adam öldürən şəxs saxlanılıb

21/09/2024 - 20:03

Yevlax şəhər ərazisində rayon sakini 1985-ci il təvəllüdlü Elvin İbrahimovun avtomobillə qəsdən vurularaq öldürülməsi barədə polisə məlumat daxil olub. Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü rayon sakini Zamin Cavadov saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ