Yəməndə daşqınlar nəticəsində ölənlərin sayı 60-a çatıb

20/08/2024 - 07:29

Yəmənin bir neçə əyalətində uzun sürən yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 60 nəfər ölüb, daha 13 nəfər itkin düşüb. APA xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin Yəmən ofisi məlumat yayıb. Ümumilikdə 38 mindən çox yəmənli ailə və ya təxminən 268 min insan təbii fəlakətin fəsadları ilə üzləşib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ