Yorğun hiss etsəniz, bunları yeyin

11/11/2024 - 16:29

Yorğunluq özünü daha çox qış ayında büruzə verir. Əksər insanlar fəsil dəyişən zaman bu haldan əziyyət çəkir. Ancaq halsızlıq, yorğunluq çox zaman qanazlığı və vitamin çatışmazlığının da əlaməti ola bilər. Qafqaz.Media xarici mətbuata istinadən xəbər verir ki, əgər sizdə yorğunluqla yanaşı saç tökülməsi, dırnaq qırılması, başgicəllənməsi varsa, həkimə müraciət etməniz məsləhətdir. Əsasən A və B qrup vitaminləri, dəmir çatışmazlığında  bu hallar baş verir. Bəs, bunu necə aradan qaldırmaq olar? Günlük menyununuzda təzə və mövsümi meyvə-tərəvəzlərə üstünlük verin. Bundan əlavə yumurta, mal əti, spanaq, paxlalı bitkilər, bəkməz dəmirlə zəngin olduğundan müalicədə köməkçi vasitə kimi istifadə edilə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
18/11/2024 - 14:05
Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03
Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00