Azad edilən ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

15/04/2024 - 17:00

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (08.04.2024 - 14.04.2024) barədə məlumat yayıb.

Bu barədə ANAMA-dan Oxu.Az-a bildirilib.

Məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda bir piyada əleyhinə mina, beş tank əleyhinə mina, 725 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 476,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Qarabağdan son görüntülər
18/04/2024 - 05:17