44 Türkiyə və ŞKTC vətəndaşı Qəzzadan təxliyə edilib - FOTO
18/11/2023 - 18:15
44 Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti vətəndaşının Qəzzadan ölkəyə təxliyəsi təmin edilib.
Bu barədə Türkiyə XİN-nin sözçüsü Öncü Keçeli bildirib.
Qeyd olunub ki, onlar bu gün “Rəfah” sərhəd keçid məntəqəsi vasitəsi ilə Misirə çatıb. Əlavə olunub ki, gün ərzində Qəzzadan çıxarılacaq şəxslərin sayı artacaq.