ABŞ ilə Çin savaşa bir addım daha yaxın-Tayvandakı çip istehsalı zavodları niyə Arizonaya köçürülür? ABŞ Tayvanı Çinə təslim edəcək?

21/11/2022 - 15:18

Tayvanlı mühəndislər Çində çip sənayesini gücləndiriblər. İndi isə Çini tərk edirlər. Onları buna ABŞ məcbur edir. Məlumdur ki, yarımkeçiricilər hazırda ABŞ və Çin arasında gərgin geosiyasi rəqabət şəraitində son dərəcə mühüm strateji resursdur. Vaşinqton Çinin qabaqcıl çiplər istehsal etmək imkanlarını məhdudlaşdırmağa çalışarkən, dünyanın ən yüksək səviyyəli yarımkeçirici istehsalçısı olan Tayvan 21-ci əsrin bir növ silahlanma yarışı olan mübarizənin mərkəzində dayanır.
G-20-nin İndoneziyada keçirilən son görüşündə prezident Co Bayden və çinli həmkarı Si Szinpin bağlı qapılar arxasında 3 saatdan çox danışdılar. Əlbəttə ki, iki ölkə arasında əsas mübahisə mövzularından biri Tayvan oldu. Maraqlı məqam- ABŞ-ın Ticarət naziri Gina Raimondo və başqaları bildirdilər ki, ölkəsi Tayvana hərbi dəstək verməyə davam etsə də, qabaqcıl silahlar istehsal etməkdən ötrü zəruri çiplər üçün demokratiya adasından-Tayvandan asılılığı azalmalıdır.
Bayden administrasiyasının keçən ay Çinin çip sənayesinə tətbiq etdiyi sərt qadağalar, adanın aparıcı çip istehsalçısı olan Tayvan Yarımkeçirici Şirkətini (TSMC) qabaqlayıcı addımlar atmağa vadar etdi. Bayden administrasiyası təzyiq edərək TSMC-ni ABŞ üçün çiplərin istehsalı və tədarükü mənbələrini şaxələndirmək üçün Arizonada zavod tikməyə məcbur etdi. Beləliklə, ABŞ-ın çox möhtac olduğu çip istehsalı işi Arizonaya köçürülür.
Pekin isə yeni qaydaları tənqid edərək bildirib ki, bu qaydalar “təkcə Çin şirkətlərinin qanuni hüquq və maraqlarına deyil, həm də Amerika şirkətlərinin maraqlarına xələl gətirəcək”. Çip istehsalında öz-özünü təmin etmə strategiyasını irəli sürən Çin hökumətinin qisas alacağı gözlənilir ki, bu da TSMC-yə təsir edəcək. Rəhbərlik şirkətə Çinin Nankin şəhərindəki obyektini genişləndirməyə davam etməyə icazə verərək bir illik möhlət verib. TSMC-nin Şanxayda da fabriki var.
Lakin Vaşinqton ABŞ vətəndaşlığı və ya yaşıl kartları olan Çin və Tayvanlı mühəndislərin Çin çip fabriklərində işləməsini qadağan edib. Açıqlanır ki, qadağa 200-ə yaxın çinli və tayvanlı mühəndisi ya Çini tərk etməyə, ya da ABŞ vətəndaşlığından imtina etməyə məcbur edəcək.
Bir neçə yüksək səviyyəli menecer həmçinin Şanxayda yerləşən ölkənin ən nüfuzlu Beynəlxalq Yarımkeçirici İstehsalat Korporasiyası (SMIC) daxil olmaqla, rəqib Çin firmalarına qatılıb. Çinin dövlət qurumları şirkətin əsas səhmdarları arasındadır və Pentaqon SMIC-in Çin ordusuna bağlı olmasından narahatlığını ifadə edib.
2022-ci ilin yayında ABŞ hakimiyyəti Qərb müəssisələri üçün çoxmilyardlıq iqlim subsidiyaları haqqında qanun qəbul etdi, lakin sonradan məlum oldu ki, pulu yalnız istehsal sahələri ABŞ-da yerləşən şirkətlər ala bilər. Yəni ABŞ Avropanı da çip işinə yaxın qoymur.
Avropa Komissiyasının vitse-prezidenti və ticarət üzrə komissarı Dombrovskis Almaniyanın "Der Spiegel" nəşrinə müsahibəsində bildirib ki, "bu, beynəlxalq qaydaların pozulmasıdır" dedi və ticarət müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib.
ABŞ Tayvan, Cənubi Koreya və Yaponiya ilə "Çip 4" Alyansı yaradır və Tayvan və Çin arasında mümkün qlobal çip çatışmazlığı və fövqəladə hal versiyasında iqtisadi təhlükəsizliyin qayğısına qalır. Qeyd etmək lazımdır ki, Tayvanın yarımkeçirici istehsalçısı TSMC artıq bu il dekabrın 6-da Arizonada (ABŞ) şirkət açacaq.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33