ABŞ mümkün hücum zamanı İsrailə iki zərbə dalğasının olacağını gözləyir

06/08/2024 - 06:42

ABŞ kəşfiyyatı İran və Livanın “Hizbullah” hərəkatının İsrailə mümkün hücumunun iki mərhələdə baş verəcəyini gözləyir. APA xəbər verir ki, bu barədə “Axios” portalı amerikalı rəsmilərə istinadən məlumat yayıb. ABŞ prezidenti Co Bayden və vitse-prezident Kəmalə Harris arasında Ağ Evdə milli təhlükəsizlik komandası ilə görüşün məzmunu ilə tanış olan mənbələrə görə, kəşfiyyat bir hücum dalğasının İrandan, digəri isə “Hizbullah”dan gözlənildiyini bildirib. Eyni zamanda, Vaşinqton hələ də hücumların hansı xarakter daşıyacağını və hücumu ilk olaraq kimin həyata keçirəcəyini bilmir. Görüş zamanı qeyd olunub ki, gözlənilən nəticələrin miqyası kimi, İsrailə hücumun başlama vaxtı da hələ məlum deyil.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10