ABŞ məxfi nüvə məlumatlarını AÇIQLADI

21/07/2024 - 07:53

ABŞ Milli Nüvə Təhlükəsizliyi Agentliyinin (NNSA) məlumatına görə, 2023-cü ilin sentyabr ayına olan rəqəmlərə əsasən ölkədə 3748 nüvə başlığı var. Publika.az kommersant.ru-ya istinadla xəbər verir ki, NNSA-nın məlumatına görə, 1994-cü ildən 2023-cü maliyyə ilinədək ABŞ 12 088 nüvə başlığını sıradan çıxarıb. Daha 2000-ə yaxın nüvə başlığı istismardan çıxarılıb və sökülməsini gözləyir. Bildirilir ki, 1991-ci il sentyabrın 30-dan bəri ABŞ-nin qeyri-strateji (taktiki) nüvə silahlarının sayı 90%-dən çox azaldılıb, lakin departament dəqiq rəqəm təqdim etməyib. Qeyd edək ki, Stokholm Sülh Araşdırmaları İnstitutu (SIPRI) ötənilki rəqəmlərinə əsasən Rusiyada 4500 nüvə başlığı var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10