ABŞ rusiyalı oliqarxın Dubaydakı yaxtasını həbs etmək istəyir – RƏSMİ QURUMLARLA DANIŞIQLAR APARILIR…

02/12/2022 - 16:50

ABŞ Ədliyyə Nazirliyi Dubayda dayanan “Madame Gu” yaxtasını həbs etmək üçün müvafiq qurumlardan icazə almağa çalışır.

Qafqaz.media xəbər verir ki, bu barədə Amerikanın “New York Times” nəşri öz mənbələrinə istinadən yazır.

Xatırladaq ki, Dövlət Dumasının deputatı və milyarder Andrey Skoça aid olduğu bildirilən 99 metrlik yaxta iyun ayında ABŞ-ın sanksiyalar siyahısına daxil edilib. Skoçun özü də 2018-ci ildən “Rusiyanın mütəşəkkil cinayətkar qrupları” ilə əlaqələrinə görə ABŞ sanksiyaları altındadır.

MADAME GU - Cecil Wright

Qeyd edək ki, sanksiyalara rəğmən, ABŞ başqa ölkədə heç bir əmlakı müsadirə edə bilməz və Birləşmiş Ərəb Əmirlikləri Moskvaya dost olduğundan, rus oliqarxları mühakimə etməkdən imtina edir. Ona görə də hələlik rus oliqarxın təxminən 156 milyon dollarlıq “Madame Gu” yaxtası təhlükəsizdir.

Qafqaz.media