ABŞ səfirliyi Mixail Saakaşvili ətrafında gedən prosesləri izləməyə davam edir - SƏFİR

02/12/2022 - 22:30

“Hökumət Mixail Saakaşvilinin səhhəti ilə bağlı yeni məlumatlar əsasında bütün lazımi addımları atmalıdır”.

Qafqaz.media xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bildirib.

“Biz Mixail Saakaşvili ətrafında hazırkı prosesləri müşahidə etməyə davam edirik. Bu yaxınlarda alınan nəticə ilə tanış oluruq. Bu kifayət qədər geniş nəticədir və onun bir hissəsi hələ ingilis dilinə tərcümə edilməyib. Əsas odur ki, hakimiyyət bu yeni məlumat əsasında bütün lazımi addımları atsın.

Biz hamımız Mixail Saakaşvilinin səhhəti ilə bağlı etibarlı tibbi rəy gözləyirdik ki, onun üçün nəyin daha yaxşı olduğunu bilək.

Biz dəfələrlə demişik ki, Saakaşvilinin ona lazım olan tibbi yardımı alması və hüquqlarının müdafiəsi vacibdir. Biz hökuməti yeni məlumatlar əsasında müvafiq tədbirlər görməyə çağırmağa davam edəcəyik”, - Kelli Deqnan bildirib.

Qafqaz.media