ABŞ Ukraynada korrupsiya ilə mübarizəyə 5 milyon dollar ayıracaq

20/10/2024 - 22:01

ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Kiyevə səfəri zamanı Ukraynada korrupsiya ilə mübarizə üçün qrant olaraq 5 milyon dollar ayrıldığını açıqlayıb. APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı yazılı məlumatda deyilir. Zeya həmçinin bildirib ki, Dövlət Departamenti həmçinin ukraynalıları dəstəkləmək üçün Beynəlxalq Miqrasiya Təşkilatına 2 milyon dollar, habelə BMT-nin Ukraynada qadınların vəziyyətinin yaxşılaşdırılması proqramına 2 milyon dollar ayırıb. Zeya Kiyevdə baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini - ədliyyə naziri Olqa Stefanişina, veteranlarla iş üzrə nazir Nataliya Kalmıkova, həmçinin Ukrayna Milli Antikorrupsiya Bürosunun və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun rəhbərliyi ilə görüşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30