ABŞ Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri verəcək

30/11/2022 - 00:48

Birləşmiş Ştatlar ölkəni Rusiyanın mümkün yeni raket zərbələrindən qorumaq üçün Ukraynaya “Patriot” zenit-raket kompleksləri göndərməyi düşünür.

Qafqaz.media xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi jurnalistlərin sualına cavab olaraq, "Bütün variantlar nəzərdən keçirilir", - deyib. Onların arasında “Patriot” hava hücumundan müdafiə sistemləri də var.

Bu sistemlər ilk növbədə qısa mənzilli ballistik raketləri, həmçinin təyyarələri və qanadlı raketləri tutmaq və məhv etmək üçün nəzərdə tutulub.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu xəbərə çox sərt reaksiya verib, NATO-nu “cinayətkar birlik” adlandırıb. O, özünün Telegram kanalında yazıb: “Əgər NATO ukraynalı fanatikləri “Patriot” sistemləri ilə təmin edərsə, onlar şəxsi heyətlə birlikdə silahlı qüvvələrimiz tərəfindən dərhal qanuni hədəfə çevriləcəklər”.

Qafqaz.media