Ağcabədidə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

16/09/2024 - 09:44

Ağcabədidə iki minik avtomobili toqquşub. "Report" xəbər verir ki, 1948-ci il təvəllüdlü Alıyev Əhməd Alı oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobil 1959-cu il təvəllüdlü Tağıyev Fəqani Ərşad oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub. Nəticədə F. Tağıyev ölüb, avtomobildə olan sərnişinlər 1970-ci il təvəllüdlü Nəzərova Şöhrət Heydər qızı, 1991-ci il təvəllüdlü Nəzərova Vüsalə Nəsir qızı və 2012-ci il təvəllüdlü N. Ş müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı cinayət işi başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ