Almaniya Ukraynaya "Gepard" özüyeriyən zenit silahları verəcək – KANSLER SÖZ VERDİ Kİ…

30/11/2022 - 00:40

Çərşənbə axşamı Almaniya kansleri Olaf Şolz Ukraynaya daha çox “Gepard” özüyeriyən zenit silahı tədarük edəcəyinə söz verib.

Qafqaz.media xəbər verir ki, alman istehsalı olan bu tanklar 4 km-ə qədər məsafədə və 3 km-ə qədər yüksəklikdə sürətlə uçan hava hədəflərini məhv etməyə qadirdir və çox effektiv mobil hava hücumundan müdafiə sistemi hesab olunur.

“Ukrayna prezidenti Almaniyaya çox ciddi maliyyə dəstəyinə, eləcə də silah tədarükünə görə minnətdarlığını bildirib.Çünki bizim təqdim etdiyimiz artilleriya və hava hücumundan müdafiə sistemləri Ukraynanın ərazi bütövlüyü və suverenliyinə zəmanət vermək qabiliyyətinə əhəmiyyətli təsir göstərir", - Şolz jurnalistlərə bildirib.

Almaniya kansleri həmçinin bir daha təsdiqləyib ki, ölkəsi Ukraynaya hərtərəfli, yəni hava hücumundan müdafiə və ölkənin uzunmüddətli yenidən qurulması sahəsində dəstəyi davam etdirəcək.

Qafqaz.media