Amerikanın raket esminesi Helsinki limanına daxil olub

03/12/2022 - 20:26

Amerikanın “USS Paul Ignatius” raket esminesi Finlandiyanın paytaxtı Helsinkinin limanına daxil olub.

Qafqaz.media xəbər verir ki, bu barədə ABŞ-ın Altıncı Əməliyyat Donanması öz “Twitter” səhifəsində məlumat yayıb.

Bildirilir ki, Fransa və Almaniya donanmalarının döyüş gəmiləri də limana gəlib.

“USS Paul Ignatius” (DDG 117) 2 dekabr 2022-ci ildə Finlandiyanın Helsinki şəhərinə gəlib və gəminin Dondurucu Küləklər komandanlıq təlimində iştirakının sona çatdığı qeyd olunub.

Qeyd edək ki, “USS Paul Ignatius” 1967-1969-cu illərdə ABŞ prezidenti Lindon Consonun administrasiyasında müdafiə nazirinin köməkçisi olmuş Pol İqnatiusun şərəfinə adlandırılıb. Gəminin uzunluğu 160 m, eni 20. Sürəti 31 düyün (saatda 57 km). Esminesin 380 nəfərlik heyəti var.

Qafqaz.media